MMP-də fəal qadınlar mükafatlandırılıb

Hazırda oxunan: MMP-də fəal qadınlar mükafatlandırılıb

45200

Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında İdarə Heyətinin toplantısı keçirilibBu barədə Moderator.az-ı MMP-nin mətbuat xidməti məlumatlandırıb. Məlumatda deyilir:

“Toplantıda gündəlikdə duran əsas məsələ, partiyada idialoji işin səviyyəsi və verilən tapşırıqların yerinə yetirilməsinin hesabatı olub. İlk öncə dünyada və ölkədə baş verən hadisələr müzakir olunub, hadisələrə siyasi qiymət verilib. Bundan sonra İdarə Heyəti son bir ildə MMP-nin hədəflərinə tam şəkildə nail olması üçün çox gərgin iş sistemi ilə, yorulmadan çalışın insanlara öz minnətdarlığını bildirib və idialoji məsələlər üzrə müavinin hesabatı dinlənilib. Hesabatdan aydın olub ki, prezident seçkiləri ərafəsində idialoji işini daha da aktivləşdirən partiya, seçkidə bu sahənin kuliminasiya noqtəsinə çatıb. Düzgün istiqamət, düzgün strategiya və düzgün zaman seçimi partiyanın digər siyasi partiyalardan fərqli, həmçinin üstün idialogiya sərgiləməsinə səbəb olub. İnformasiya qıtlığı çəkməyən, daima gündəmdə qalmağı bacaran və bu işdə xüsusi fəallıq göstərən partiya funksionerlərinə partiya rəhbərliyi tərəfindən təşəkkür elan edilib. Bundan sonra son toplantılarda qadınlardan ibarət yaradılmış Təşkilat Komitəsinə verilmiş tapşırıqların yerinə yetirilməsinin hesabatı dinlənilib. Qeyd edək ki, həmin TK-nə cəmiyyət arasında dövlətə xəyanətdə adları hallanan, ictimai və kütləvi yerlərdə adı çəkilən dırnaqarası siyasətçilərin xalqa və dövlətə etdikləri xəyanətləri geniş və açıq şəkildə təbliğ etdiklərinə görə partiyanın daxilində yaradılmış təbliğat-təşviqat qrupunun üzvlərinə pul və qiymətli əşyalar hədiyyə edilib. Mükafata laiq görülən qadınlar Kərimova Lalə Əli qızı, İbrahimova Sahilə İbad qızı, Əkbərova Şövkət Tağı qızı,  Salayev Maral Salman qızı, Qubadov Gülnarə Əsəd qızı onların işinə verilən bu qiymətə görə partiya rəhbərliyinə təşəkkür edərək daha fəal olacaqlarına söz veriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin