Müsavatdan sözdən işə keçmək qərarı...

Hazırda oxunan: Müsavatdan sözdən işə keçmək qərarı...

40043

Müsavat Partiyası Milli Şuradan ayrılandan sonra yerlərdəki rayon təşkilatlarını gücləndirməyə qərar verib.

 Bu barədə Moderator.az-a etibarlı mənbədən məlumat daxil olub. Mənbənin məlumatına görə, Müsavat Partiyası hesab edir ki, indiki məqamda yerlərdə mövqeyini gücləndirmək, başqa sözlə desək, bir bütöv olaraq yenidən toparlanmaq ən doğru qərardır. Bu məqsədlə də Müsavatın rayon təşkilatlarının olduğu rayonlarda təşkilatların fəaliyyətini genişləndirmək, rayon təşkilatlarının olmadığı bölgələrdə isə bu cür qurumların yaradılması planlaşdırılır. Bu məqsədlə də partiya yetkililərinin müxtəlif rayonlara ezamı məsələsi də gündəmdədir. Müsavat yetkililəri hesab edir ki, partiyanın yerlərdəki fəaliyyətinin inkişafı indiki halda hər cür birlik formatı və koalisiyadan daha zəruri, daha faydalıdır.

 

Şamil Əlibəyli

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin