İqbal Ağazadənin partiyasından daha bir kütləvi istefa

Hazırda oxunan: İqbal Ağazadənin partiyasından daha bir kütləvi istefa

35140
“Ümid” Partiyasından istefalar rayonlara da çatıb. Bu dəfə istefa xəbəri partiyanın Şəki rayon təşkilatından gəlib. 
Partiyanın rayon təşkilatını gənclər komitəsinin sədri müavini İsmayılov Elman AzNews.az-a 5 üzvlə birlikdə istefa verdiyini təsdiqləyib: “İqbal Ağazadənin bəyanatı ilə bizim mövqeyimiz üst-üstə düşmür. İstefanın əsl səbəbi budur. Narazılıqlar əvvəl də var idi, sadəcə İqbal Ağazadənin son bəyanatı bunu tezləşdirdi. İstefamızla bağlı İqbal bəyə məlumat vermişik. Əvvəlcədən də ona bildirmişdik ki, belə vəziyyət yaranacağı təqdirdə istefamız qaçılmaz olacaq”.
Məsələyə münasibət bildirən partiyanın mətbuat xidmətinin rəhbəri Elman Abbasov isə adı çəkilən şəxsin partiyanın üzvü olmadığını deyib:
“Bu şəxs seçki dairəsində bizim nümayəndəmiz olub. 2 ay əvvəl partiyadan uzaqlaşdırılıb. Partiyanın üzvü olmayan şəxsin belə bir bəyanat verməsi partiyaya qarşı aparılan kampaniyanın tərkib hissəsidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin