Qəbulda 400 balı toplayan tələbə qızlarımız - FOTO

Hazırda oxunan: Qəbulda 400 balı toplayan tələbə qızlarımız - FOTO

619930

Xəbər verdiyimiz kimi, II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilmiş qəbul imtahanının nəticəsi elan edilib.

Bizim.Media DİM-in məlumatına istinadla bildirir ki, imtahanda III ixtisas qrupu üzrə 3 nəfər ən yüksək nəticə olan 400 balı toplayıblar.
 

Belə ki, Bakı şəhəri Suraxanı rayonu S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın məzunu Quliyeva Zeynəb Ələddin qızı, Bakı şəhəri Nizami rayonu 62 saylı məktəb-liseyin məzunu Qasımova Aişə İlqar qızı və İsmayıllı rayonu Qalacıq kənd orta məktəbinin məzunu Qardaşova Fidan Ceyhun qızı blok imtahanında ən yüksək nəticəni göstərib.


Qeyd edək ki, Quliyeva Zeynəb Ələddin qızı imtahanın birinci mərhələsində 287.7 bal, Qasımova Aişə İlqar qızı 285.9 bal, Qardaşova Fidan Ceyhun qızı isə 285.2 bal toplayıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin