“Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü gündəmə gətiriləcək”

Hazırda oxunan: “Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü gündəmə gətiriləcək”

32471


ATƏT Parlament Assambleyasının payız sessiyası 13-14 oktyabr tarixlərində Çernoqoriyanın Budva şəhərində keçiriləcək. 
Moderator.az-ın Yap.org.az-a istinadən verdiyi xəbərə görə, bunu Milli Məclisin sədr müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
B.Muradova bildirib ki, sessiyanı gündəliyi tam dəqiqləşməsə də, Avropa məkanındakı müəyyən məsələlər müzakirə mövzusu olacaq. Onun sözlərinə görə, tədbirdə insan hüquqları mövzusunda da müzakirələrin aparılacağı gözlənilir. 
«Sessiyanın gündəliyindən asılı olmayaraq Azərbaycan nümayəndə heyəti bu tədbirdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü gündəmə gətirəcək. Bu, bizim fəaliyyətimizdə prioritet təşkil edir»- deyə, vitse-spiker vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin