Çimərlikdə İNSİDENT – Kütləvi davanın ANBAAN VİDEOSU

Hazırda oxunan: Çimərlikdə İNSİDENT – Kütləvi davanın ANBAAN VİDEOSU

619894

Türkiyənin Mersin vilayətinin Silifke rayonunda yerləşən məşhur Yapraklı Koy çimərliyində istirahət edən şəxslər arasında baş verən mübahisə kütləvi davaya çevrilib.

Bizim.Media DHA-ya istinadla xəbər verir ki, hadisə zamanı dənizdə olan 4 nəfər arasında naməlum səbəbdən yaranan münaqişə qısa müddətdə əlbəyaxa qarşıdurmaya çevrilib.

Görüntülərdə 3 nəfərin bir şəxsi dənizin içində yumruq və taxta ilə döydüyü əks olunub.
 

Hadisə çimərlikdə istirahət edənlər tərəfindən mobil telefonla lentə alınıb. Digər vətəndaşların müdaxiləsi nəticəsində tərəfləri ayırmaq mümkün olub və dava dayandırılıb.


Faktla bağlı araşdırmalara başlanıldığı bildirilir.

Həmin kadrları təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin