AB prezidenti: “Dağlıq Qarabağ problemi həlli olunmadan Cənubi Qafqazda sabitlik əldə edilə bilməz”

Hazırda oxunan: AB prezidenti: “Dağlıq Qarabağ problemi həlli olunmadan Cənubi Qafqazda sabitlik əldə edilə bilməz”

29734
“Dağlıq Qarabağ problemi ədalətli həll olunmadan Cənubi Qafqazda sabitlik əldə edilə bilməz. Avropa Birliyi ATƏT-in Minsk Qrupu vasitəçilərinin səylərini dəstəkləyir”. 

APA-nın Brüsselə ezam olunmuş Avropa müxbirinin məlumatına görə, bu sözləri Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompey Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib. O, həmsədr ölkə başçılarının Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunda verdikləri bəyanatı alqışlayıb.

Van Rompey Azərbaycanı AB-nin vacib tərəfdaşı adlandırıb: “Biz enerji sahəsi də daxil olmaqla, əməkdaşlıqda çox şeyə nail olmuşuq və bundan daha artığına nail ola bilərik”.  

AB rəhbəri Azərbaycan prezidenti ilə görüşdə əməkdaşlıq perspektivlərini, enerji məsələsini, Azərbaycanın demokratiya və insan haqları sahəsində inkişafı və qarşıdan gələn prezident seçkilərini müzakirə etdiklərini söyləyib. H. Van Rompey seçkilərin yüksək standartlara uyğun keçiriləcəyinə ümid etdiyini bildirib. O, Azərbaycanla assosiasiya sazişinin imzalanması üzrə aparılan danışıqların nəticələnəcəyinə ümid bəslədiyini də vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin