“Araz Əlizadə Prezidenti qətiyyətsizlikdə günahlandırdı - Baş naziri ittiham etdi”

Hazırda oxunan: “Araz Əlizadə Prezidenti qətiyyətsizlikdə günahlandırdı - Baş naziri ittiham etdi”

216016
..26 il öncə bu günlərdə Azərbaycan öz taleyinin ənxa0 təlatümlü məqamlarını yaşayırdı. Xocalı kimi dəhşətli soyqırımından sonra ölkənin siyasi və hərbi meydanında xaotik proseslər gedirdi. Ancaq “xaosdan düzənə” pinsipi ilə dünyanı idarə etməyə çalışanlar işğalçı Ermənistan,xa0 terrorçu erməni təşkilatlarının və daxildəki hakimiyyət aşiqlərinin əli ilə prosesləri özlərinə sərf edən məcraya yönəldirdilər. Həmin günlər ölkənin siyasixa0 idarəçiliyi, demək olar ki, əsasən AXC və onun təsiri altında olan -1991-ci ilin payızında Ali Sovetdə yaradılmış Milli Şura vasitəsilə yönləndirilirdi.xa0 Bu qurumun iclaslarında elə maraqlı, həlledici məqamlar, çıxışlar var ki, onlar bu günkü proseslərdə də öz təsir gücünü qoruyub saxlayır...xa0 1991-1992-ci illərdə Milli Şuranın parlamentdəki əksər iclaslarında iştirak etmişxa0 deputat Maksim Musayevin “Milli Şura (10.1991- 05.1992) parlamenti” kitabındakı xronika əsasındaxa0 1992-ci il martın 3-dənxa0 mayın 18-dək, yəni Laçının işğal olunduğu və AXC-nin hakimiyyətə tam yiyələndiyixa0 bir günədək Ali Sovetdə baş verənlərin ən maraqlı məqamlarını diqqətinizə çatdırır.xa0

(Ali Sovetin 1992-ci il 5-6 mart tarixli fövqəladə sessiyası. Əvvəli bu linklərdə: moderator.az/news/215776.htmlxa0 və moderator.az/news/215842.html)

1992-ci il mart ayının 5-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyası Elmira Qafarovanın sədrliyi və 271 deputatın iştirakıyla öz işinə başladı. Xocalı şəhərinin düşmən ermənilər tərəfindən dağıdıldığı, minlərlə dinc insanın həlak olduğu deyildi və onların xatirələri yad edldi. Sonra E.Qafarova Ali Sovet(AS) sədri vəzifəsndən azad edilməsi barədə öz yazdığı ərizəni oxudu. Bu haqda deputatlar tərəfindən müxtəlif fikirlər deyilsə də, səsvermə zamanı onun xahişi yerinə yetirildi. Deputat M.Əzimovun təklifi iləxa0 AS sədri vəzifəsinə deputat Yaqub Məmmədovun namizədliyi irəli sürüldü. Onun namizədliyini deputatlar Z. Məmmədov, B.Vahabzadə, T.Kamalov və b. müdafiə etdi.xa0
Deputat Mətləb Mütəllimov bu məsələnin tələm-tələsik həll edilməsinə görə öz iradını bildirdi. O, əlavə etdi ki, Prezident Ayaz Mütəllibov deputat Tofiq Əzizovun müdafiə naziri vəzifəsinə namizədliyini irəli sürmək istərkən də belə hərəkət etdi. İsa Qəmbərovxa0 təklif etdi ki, başqa namizədi olan varsa,xa0 onu da bilməliyik,xa0 yoxsa Y.Məmmədov tribunaya çıxıb öz sözünü desin.xa0
Yaqub Məmmədov ilk sözündə vurğuladı ki, mənə etimad göstərilsə, başladığımız demokratik hərəkatı davam etdirməyə, ictimai-siyasi sabitliyə çalışaraq parlamentdə birliyə nail olacağam.
xa0Rəhim Qazıyev təklif etdi ki, səsvermə açıq şəkildə keçirilsin. Lakin Konstitusiyanın 114-cü maddəsinə və AS reqlamentinin 45-ci maddəsinə əsasən bülletenlər çap edilərək gizli səsvermə keçirildi və Y. Məmmədov AS sədri seçildi.
Deputatlardan biri məlumat verdi ki, Xocalı faciəsi haqda sənədli film çəkilib və mütləq deputatlara nümayiş etdirilməlidir. Deputat Tofiq Bağırov söylədi ki, film həqiqətən dəhşətlidir, ona baxan adam dözüm tab gətirə və sonra ağıllı mühakimə yürüdə bilməz. Hər iki təklif səsə qoyuldu. Heç bir təklif keçmədiyi üçün Y. Məmmədovla İsa Qəmbərov arasında ciddi mübahisə başladı. Təkrar səsvermə aparıldıqda qərar verildi ki, film nümayiş etdirilsin...
Filmə baxıldıqdan sonra Prezident A.Mütəllibova söz verildi. O, referendum, Kommunist Partiyasının ləğvi, Xankəndində ermənilərlə aparılan işlər barədə danışdıqdan sonra ordunun yaradılması işinin çətinliyini bununla izah etdi ki, respublikamızda olan 11 minlik rus qoşununun içərisində vur-tut 362 azəbaycanlı zabit var ki, bu da azlıq təşkil edir. Bununla ordu qurmaq çətindir. O, öz təqsirini hiss etdiyini və özünü bağışlaya bilmədiyini dedi. Bildirdi ki, gərək məsuliyyəti boynuna götürərəkxa0 fevralın 14-də birləşmiş komandanlıq altında olan MDB ordusuna dair müqaviləyə qol çəkəydi. O, 1982-ci ildə Steanakertdə SSRİ-nin 366-cı alayının təşkilinin zibilinə düşdüyünü və elə bu səbəbdən də xalqın qırıldığını bildirməklə Şuşanın müdafiəsində Rəhim Qazıyevin işi nizama saldığını göstərdi, eyni zamanda bəzi məzəmmətlərini də bildirdi.xa0
Prezidentin ardınca bir saatdan artıq çıxış edən R.Qazıyev göstərdi ki, Şuşa ətrafındakı Kosalar və Qaracallı kəndlərindən başqa bütün kəndlərimiz əldən gedib, buna cavabdeh şəxslər isə məsuliyyətə cəlb olunmayıblar. O, Şuşadan Prezidentin adına yazdığı 28 dekabr 1991-ci il və 11 fevral 1992-ci il tarixli məktubları oxudu. Daşaltıda hələ də 70 cavanın meyitinin qaldığını bildirdi. Prezidentin kadr siyasətini pislədi. Lakin Goranboy rayonuna rəhbərlik edən İrşad Əliyevin qarşısında baş əydiyini elan etdi.
Deputat İsgəndər Həmidov göstərdi ki, 20 Yanvar hadisələri A.Mütəllibovu hakimiyyətə gətirdi. İndi onun yəhudi lobbisi var, bu günə kimi ondan istifadə edib. İ.Həmidov tələb etdi ki, Prezident bu gün mütləq istefa versin və bunu xalqa təcili bəyan etsin. Söz alıb danışan Hafizə Nəzərli də A.Mütəllibovun prezidentlikdən istefa verməsini tələb etdi.xa0
Deputat Tofiq Qasımov Konstitusiyanın 121-7-ci maddəsinə əsasən Prezidentin vəzifəsindən götürülməsi məsələsini qoydu və dedi ki, bu prezident qaldıqca Azərbaycanın müstəqillik məsələsi və Qarabağ problemi həll olunmayacaq.
Deputat Etibar Məmmədov göstərdi ki, Prezident Moskvada aldığı tapşırığa əsasən Xocalını ermənilərə təhvil verib. Prezident Azərbaycan xalqının Rusiyanın əlində oyuncağa çevrilməsində vasitəçi rolunu oynayıb, Xocalı faciəsindən sonra dünya xalqlarına müraciət belə etmədi. O göstərdi ki, Mütəllibovxa0 8 sentyabr 1991-ci ildə Prezident seçildikdən sonra Konstitusiyanınxa0 121-3-cü maddəsini pozmuşdur, həm də Silahlı Qüvvələrin Ali Baş komandanı kimi millətinə xəyanət etdiyi üçün istefa verməlidir. E. Məmmədov A.Mütəllibovun vəzifəsindən götürülməsi barədə hazırladığı qərar layihəsinin mətnini oxudu və onu deputatlarınxa0 müzakirəsinə verdi.xa0
Çıxış edən Tahir Əliyev dedi ki, mən müdafiə naziri təyin olunmuşam, lakin nazirliyin adı var, özü yoxdur. Sursat, silah, texnika yoxdur. Ona görə də hamı nazirliyə kömək etməlidir.xa0
Deputat Araz Əlizadə Prezidenti qətiyyətsizlikdə günahlandırdı, Baş naziri qanunların həyata keçirilməməsində ittiham etdi, Milli Şuranın işinin iflic vəziyyətdə olduğunu göstərdi.
Tahir Kərimli dedi: “Prezidentimiz sərbəst deyil, Moskvadan asılıdır. Sizin qarşınızda bir insan kimi diz çöküb yalvarıram, Prezident, gedin səhnədən, bu gün istefa verin...”
Deputat Zemfira Verdiyeva 459 qadının imza atdığı məktubu oxuduqdan sonra onların fikrini çatdırdı ki, Prezident kreslosu uğrunda mübarizəni aradan qaldırmaq üçün müharibə qurtarana kimi siyasi partiyaların fəaliyyəti dayandırılsın...”
Bundan sonra fasilə elan edildi.xa0
(Maksim Musayev, “Milli Şura Parlamenti” kitabı, səh. 78-80. Bakı, 2001)

(Davamı var)
Qələmə aldı: Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin