"Millətimizin, dövlətimizin ağzı həm ABŞ-dan, həm Rusiyadan o qədər yanıb ki..."

Hazırda oxunan: "Millətimizin, dövlətimizin ağzı həm ABŞ-dan, həm Rusiyadan o qədər yanıb ki..."

140557
Bir neçə gün əvvəl Rusiya mətbuatı yazırdı ki, iyun ayının sonunda Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda görüşü baş tuta bilər. Ancaq rus politoloqları tərəflər arasında növbəti görüşün  iyunun ortalarında, yəni 16-18 iyunda Sankt-Peterburqda beynəlxalq iqtisadi forum çərçivəsində baş tutacağı ehtimalını irəli sürürlər. 

Görəsən, Prezidentlərin növbəti görüşü bu ayda baş tuta bilərmi? Baş tutuacağı halda bu görüşün Dağlıq Qarabağ məsələsinin həllini ölü nöqtədən tərpətməyə kifayət edəcəkmi? 

Moderator.az-ın bununla bağlı suallarını tanınmış politoloq Cümşüd Nuriyev cavablandırıb. 

Politoloq bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə Rusiya çox maraqlıdır: 

“Daha doğrusu, Qarabağ məsələsinin həll olunması üçün Qərblə Rusiya açıq mübarizəyə keçiblər. Əgər indiyə qədər bununla Azərbaycan daha çox maraqlanırdısa, indi həm Qərb, xüsusilə də ABŞ Qafqazdakı maraqlarını təmin etməyə çalışır. Eyni zamanda da Rusiya özünün həm Qərblə, həm də Türkiyə ilə qarşıdurmasından kifayət qədər əziyyət çəkdiyinə görə çalışır ki, Azərbaycanın ərazi bütövlüyünü ən azı müəyyən mənada bərpa etməklə bu qarşıdurmaya son qoysun. Daha doğrusu bir jest eləsin ki, Türkiyə də yumşalsın və Rusiya ilə münasibətlərini yaxşılaşdırsın. 
Ancaq bizim millətin, dövlətin ağzı həm ABŞ-dan, həm Rusiyadan o qədər yanıb ki, bunlarla bağlı hansısa müsabət proqnoz verməyin özü belə günahdır. Hər halda yenə də gözləmək lazımdır. Ən qorxulusu odur ki, bizi yenə də həmişəki kimi aldadalar. Yəni vaxtı uzadalar, Azərbaycanın Müdafiə Nazirliyinin aprelin əvvəlindəki əsgərlərdə yaratdığı ruh təcridən aşağı düşə, xalqın iqtidara olan yeni sevgisi azalmağa başlasın və bundan yararlanmağa çalışsınlar. Çünki burada açıq xristian birliyi də görünür”x9d. 

C.Nuriyev daha sonra qeyd edib ki, bu görüş baş tutsa belə Qarabağ məsələsi üçün heç bir müsbət əhəmiyyət kəsb etməyəcək:  

“Bütün bunların fonunda iyunun 16-18-də ola bilər ki, prezidentlərin görüşü baş tuta bilər. Amma bu görüşün Qarabağ məsələsini həll etməyə xidmət edəcəyi o qədər də inandırıcı görünmür. Çünki həm Ermənistan, həm Rusiya mətbuatı daha çox sarı simdə çalırlar. 1918-20-ci illərdə də Zəngəzurla bağlı da həmin sarı simdə çaldılar. Yəni yüz ildən sonra Azərbaycanın eyni siyasətlə, eyni formada başını aldatmaq istəyirlər. O vaxt da bizə dedilər ki, Naxçıvandan ordu girdi, Zəngəzuru tutudular, ancaq nə olsun ki, 1920-ci ildə Zəngəzuru verdilər. İndi mənim qorxduğum odur ki, yenidən bizi aldadalar. Yəni, biz bir növ eyforiyaya düşək, sonra bunun ağır nəticəsini görək”x9d. 

Politoloq sonda onu da vurğulayıb ki, Qarabağ məsələsinin həlli ilə bağlı kimlərdənsə müsbət addım gözləməyimiz boşunadır: 

“Üzdə görünən odur ki, hazırda Azərbaycan Rusiya və ABŞ qarşıdurmasından öz məqsədləri üçün kifayət qədər yaxşı yararlana bilir. Azərbaycanın xarici siyasəti bizə bunu deməyə imkan verir, amma bu imkanın nə qədər çəkəcəyini bilmirəm. Hər halda cənab prezidentin bu barədəki mövqeyi çox alqışlanasıdır. Artıq İlham Əliyev özü hədəfə alınsa belə, o, iradəsinin əksinə getmir, öz kürsüsünü təhlükəyə salmaqla olsa belə, yenə də əvvəlki mövqeyində qalır. Bu, çox gözəldir, biz də çalışmalıyıq ki, belə bir zamanda ancaq prezidentə güvənək, uğurlar arzulayaq. 

ABŞ-dan, Rusiyadan Qarabağ məsələsinin müsbət həll olunacağını gözləmək sadəlovlük olar. Çünki son 300 ildə Azərbaycanla Rusiyanın münasibətlər tarixinə nəzərə saldıqda görürük ki, həmişə başımızın altına yastıq qoyublar. Birinci dünya müharibəsindən sonra ABŞ-ın dünya siyasətində təəssüf ki, həmişə türk, müsəlman dünyası xristian dünyasının ayağına verilib. Buna görə ABŞ-ın da bu məsələdə nəsə edəcəyinə inanmıram. Əgər bir dövlət ki, öz parlamentində beynəlxalq hüquqda olmayan, nonseft qərara yol verə, Azərbaycana ayrı bəndlə vəsait ayıra, Azərbaycanın işğal olunmuş ərazisinə, Dağlıq Qarabağa bir ayrı bəndlə. Bundan böyük xəyanət ola bilməz bizə qarşı. İndi nə oldu, birdən-birə ABŞ-da nə dəyişdi ki, bizə olan sevgiləri, məhəbbətləri bu qədər coşdu?! Onların öz maraqları var və ancaq öz maraqlarınını təmin olunmasını istəyirlər”x9d. 

Rumiyyə MİRASLAN
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin