AVP-nin Neftçala rayon təşkilatının konfransı keçirilib

Hazırda oxunan: AVP-nin Neftçala rayon təşkilatının konfransı keçirilib

125699
Ana Vətən Partiyası Neftçala rayon təşkilatının növbəti konfransı keçirilib.

Öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq onun xatirəsini yad etdilər. Konfransın işində partiya Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı, Təşkilat Şöbəsinin müdiri, Mərkəzi Şura üzvü Azər Quluzadə və Ali Məclisin üzvü Şahin Zərbəliyev iştirak edib.

İclasda təşkilat komitəsinin hesabatı dinlənilib və təşkilati məsələlərə baxılıb. İlk olaraq sədr müavini Elçin Ağamalı çıxış edərək regionda və Azərbaycanda gedən ictimai-siyasi proseslər barədə konfrans nümayəndələrinə məlumat verib. O eyni zamanda AVP-nin fəaliyyəti, apardığı siyasət və partiyadakı təşkilatı işlərə də toxunub. İkinci məsələ kimi təşkilatı məsələlərə baxılıb, rayon təşkilatının sədri, sədr müavini, rayon qadınlar şurasının sədri, rayon gənclər təşkilatının sədri, rayon məclisinin üzvləri, rayon şurası və nəzarət təftiş komissiyasının üzvləri seçilib. Mehdiyev Mirzamin Tofiq oğlu AVP Neftçala rayon təşkilatının yeni sədri seçilib. Konfransın sonunda partiyaya yeni qoşulmuş anavətənçilərə üzvülük vəsiqələri təqdim edilib.

AVP-nin Neftçala rayon təşkilatının konfransı keçirilib
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin