Ermənistan rusiyalı turistləri itirir – Səbəb

Hazırda oxunan: Ermənistan rusiyalı turistləri itirir – Səbəb

645500

Ermənistanda payız aylarında turist axınının artacağı gözlənilsə də, turizm fəallığında azalma qeydə alınıb. Buna səbəblərdən biri ölkədə istirahətin bahalaşmasıdır.

Bizim.Media xəbər verir ki, bu barədə turizm sahəsi üzrə ekspert Vladimir Gevorkyan Ermənistan mediasına açıqlamasında bildirib.

Onun sözlərinə görə, xərclərin artması səbəbindən turistlər planlarına yenidən baxır və daha münasib qiymətli istiqamətlərə üstünlük verirlər.
 

Xüsusilə rusiyalı turistlər Ermənistan və Gürcüstana maraqlarını bir qədər azaldaraq Özbəkistan, Qırğızıstan və Belarusa daha çox üz tuturlar.


Gevorkyan COP17 iqlim sammitinin iştirakçılarının ölkəyə gəlişinin rəsmi turizm statistikasına müsbət təsir göstərə biləcəyini də istisna etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin