İranın yeni müdafiə naziri Mehrdad Əxlaqi ölkənin İsraillə hərbi qarşıdurmaya tam hazır olduğunu bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.
Nazir İranın hərbi qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətində olduğunu bildirərək, "barmağımız tətikdədir" ifadəsi ilə İsrailə qarşı müharibəyə hazır olduqlarını vurğulayıb:
“Tehran müdafiə istehsalı obyektlərinin yerləşdirilməsi yanaşmasını dəyişir. Yeni hərbi zavodlar əvvəlki açıq ərazilərdə deyil, dağların altında və xüsusi mühafizə olunan yeraltı qurğularda tikiləcək.
İran Müdafiə Nazirliyinin və yerli texnoloji şirkətlərin imkanlarından maksimum istifadə etməklə şəxsi silah və hərbi texnika istehsalını daha da inkişaf etdirmək niyyətindədir”.
Bizim.Media

- A-
- A
- A+
Region
19:34 / 18.10.2026
İranın yeni müdafiə naziri: "Barmağımız tətikdədir, müharibəyə hazırıq" - VİDEO
Hazırda oxunan: İranın yeni müdafiə naziri: "Barmağımız tətikdədir, müharibəyə hazırıq" - VİDEO
Hazırda oxunan: İranın yeni müdafiə naziri: "Barmağımız tətikdədir, müharibəyə hazırıq" - VİDEO
642917
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































