Vens 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürməyəcək?

Hazırda oxunan: Vens 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürməyəcək?

642924

ABŞ-ın vitse-prezidenti Cey Di Vens hələlik 2028-ci il prezident seçkilərində iştirakla bağlı qəti qərar qəbul etmədiyini və Ağ Ev uğrunda mübarizədən imtina edə biləcəyini bildirib. 

Bizim.Media xəbər verir ki, CBS News telekanalına müsahibə verən Vens namizədliyini irəli sürməmək ehtimalını təsdiqləyib.

Jurnalistin namizədlikdən imtina edib-etməyəcəyi ilə bağlı sualına cavab verən vitse-prezident həyatındakı mühüm qərarları qəsdən uzatdığını və hələlik bu barədə düşünmək istəmədiyini etiraf edib.

Vens dörd azyaşlı uşaq böyütdüklərini xatırladaraq, həyat yoldaşı Uşa Vensin ictimai fəaliyyəti bəyənməsinə baxmayaraq, siyasətə heç vaxt xüsusi rəğbət bəsləmədiyini qeyd edib.

Cey Di Vens 2028-ci ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədliyin irəli sürülməsində əsas iddiaçılardan və Donald Trampın MAGA siyasi hərəkatındakı potensial varisindən biri hesab olunur. Daha əvvəl ABŞ prezidenti də Vens ehtimal olunan siyasi varisi adlandırmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin