Məşhur türkiyəli müğənnini 10 ilədək həbs cəzası gözləyir

Hazırda oxunan: Məşhur türkiyəli müğənnini 10 ilədək həbs cəzası gözləyir

642911

Türkiyə Hüquq-Mühafizə Orqanları məşhur müğənni İlyas Yalçıntaşa qarşı narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ittihamı ilə rəsmi ittiham aktı hazırlayıb. 

Bizim.Media  Haber Global və Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, prokurorluq sənətçi üçün 10 ildən az olmamaqla azadlıqdan məhrum etmə cəzası tələb edir.   

Müğənninin evində keçirilən axtarış zamanı marixuana üyütmək üçün istifadə edilən 2 xüsusi aparat, yüksək dəqiqlikli tərəzi və içərisində bitki qalıqları olan şüşə qab aşkar edilərək götürülüb. Həmçinin, onun telefonundakı yazışmaların narkotik ticarəti ilə bağlı olduğu müəyyən edilib.   

 

 İlyas Yalçıntaş ittihamları rədd edərək narkotik istifadə etmədiyini bildirib. O, qabdakı maddənin anasının göndərdiyi kəklikotu olduğunu, tərəzidən isə idman pəhrizinə riayət etmək üçün istifadə etdiyini iddia edib.   


Sənətçinin müdafiəsinə baxmayaraq, Məhkəmə Tibbi Ekspertizasında götürülmüş qan və saç nümunələrinin analizi zamanı onun orqanizmində kokain və marixuananın təsiredici maddəsi olan THC metabolitləri aşkarlanıb. 

İş baxılması üçün İstanbul 19-cu Ağır Cəza Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin