Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq YARANDI

Hazırda oxunan: Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq YARANDI

642294

“Napoli”nin baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasında “Vilyarreal”la matç (3:1) zamanı Kevin De Bruyne ilə anlaşılmazlıq yaşayıb.

Bizim.Media xəbər verir ki, “La Gazzetta dello Sport” nəşrinin məlumatına görə, italiyalı mütəxəssis bir neçə dəfə belçikalı yarımmüdafiəçiyə daha geriyə çəkilərək hücumların qurulmasında iştirak etməsini tapşırıb. 
 

Alleqrinin məqsədi Skott MakTomineyə rəqib qapısı yaxınlığında daha sərbəst oynamaq üçün imkan yaratmaq olub.


Lakin De Bruyne məşqçinin göstərişlərinə reaksiya verməyib və jestləri ilə daha irəlidə oynamağa üstünlük verdiyini göstərib.

Matçdan sonra Alleqri vəziyyəti qısa şəkildə şərh edib: “Bir-birimizi başa düşmədik”.

Qeyd edək ki, “Napoli” oktyabrın 17-də İtaliya çempionatında “Venesiya” ilə qarşılaşacaq. Komanda üç gün sonra isə Çempionlar Liqasında “Bodo-Qlimt”i qəbul edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin