ABŞ və Almaniyanın siyasi sistemləri ölkə daxilində və beynəlxalq arenada baş verən hadisələr barədə yanlış təsəvvürlərə əsaslanan qərarları getdikcə daha çox qəbul edir.
Bizim.Media xəbər verir ki, bu barədə “The National Interest” nəşri Qərbin siyasi sistemindəki böhranla bağlı məqaləsində yazıb.
Nəşr Almaniyada siyasi elita ilə ölkənin şərq bölgələrinin sakinləri arasında uçurumun getdikcə dərinləşdiyini qeyd edib. Məqalədə bildirilir ki, ənənəvi partiyalar və aparıcı media alternativ baxışları ciddi qəbul etməyə hazır deyil, ictimai müzakirələr isə çox vaxt real dialoqun yalnız görüntüsünü yaradır.
Şərqi Almaniyanın əsas problemləri sırasında gənclərin bölgədən köçməsi, yerli biznesin üzləşdiyi çətinliklər və dövlət institutlarına inamın azalması göstərilir.
Məqalədə vurğulanır ki, oxşar problemlər ABŞ-da da müşahidə olunur. Vaşinqtonda keçirilən görüşlərdə, o cümlədən Rusiya və Çinə səfərlər əsasında formalaşan qiymətləndirmələr amerikalı həmsöhbətlərin, xüsusilə Moskva ilə münasibətlər müzakirə olunarkən, narazılığına səbəb olub.
“The National Interest” qeyd edir ki, yanlış qərarlar reallığın düzgün qiymətləndirilməməsinin nəticəsidir. Nəşr hadisələrin təhrif olunmuş qavrayışı əsasında qərarların qəbul edilməsinin dövlət siyasəti üçün risklər yaratdığına diqqət çəkir.
Bizim.Media



































































































