Azərbaycanda bu il nə qədər neft və qaz hasil edilib?

Hazırda oxunan: Azərbaycanda bu il nə qədər neft və qaz hasil edilib?

642342

2026-cı ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, respublikada 19,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 11,8 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 2,6 milyon tonu "Şahdəniz"in, 0,4 milyon tonu "Abşeron" yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,1 milyon ton təşkil edib.

Bizim.Media xəbər verir ki, bu dövrdə 15,5 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub.

Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın payına düşüb.

 

Qeyd edək ki, bu ilin 9 ayı ərzində xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (446 min barrel), kondensat hasilatı 12 min ton (101 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 73 min ton (547 min barrel) olub.

 

Hesabat dövründə neftin emalı 4,5 milyon ton təşkil edib.

2026-cı ilin 9 ayında ölkədə 37,9 milyard kubmetr təbii qaz hasil edilib. Hasilatın 10,8 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"nin, 20,6 milyard kubmetri "Şahdəniz"in, 1,2 milyard kubmetri "Abşeron" yatağının, 5,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Bu dövrdə qaz ixracı 18,4 milyard kubmetr təşkil edib. Bunun 8,6 milyard kubmetri Avropanın, 7 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 4,2 milyard kubmetr), 1,6 milyard kubmetri Gürcüstanın, 1,2 milyard kubmetri isə Suriyanın payına düşüb.

"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən cari ilin 1 oktyabr tarixinədək 684,5 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 540 milyard kubmetr qaz hasil edilib.

"Azəri-Çıraq-Günəşli"dən 629,5 milyon ton neft, 254,7 milyard kubmetr qaz, "Şahdəniz"dən isə 55 milyon tona yaxın kondensat, 285,3 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə 682,5 milyon ton neft, 206,4 milyard kubmetr qaz ixrac olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin