İşə girdiyi günün səhəri pulları apardı - Bakıda mağazada OĞURLUQ

Hazırda oxunan: İşə girdiyi günün səhəri pulları apardı - Bakıda mağazada OĞURLUQ

642308

Bakıda marketdən oğurluq edilib.

Bizim.Media xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.
 

18 yaşlı Murad İsgəndərov (şərti adla) məşhur marketlərin birindən 1550 manat pul vəsaiti oğurlayıb. Məlumata görə, Murad hadisəni işə qəbul olunduğu günün səhərisi törədib. Belə ki, hadisədən bir gün əvvəl mağaza müdirinə iş üçün müraciət edib və yük daşıma işinə qəbul edilib.


Fakt əsasında M. İsgəndərov polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində cinayət işi açılıb.

Zərərçəkən şəxs qismində ifadə verən mağaza müdiri dəymiş ziyanın ödənildiyini və təqirləndirilən şəxslə barışdıqlarını deyib.

Məhkəmənin qərarı ilə M. İsgəndərov 1 il 4 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin