Uşağın sürüşkəndən yıxılaraq qolu sındı - Valideyn bağçanı günahlandırır - VİDEO

Hazırda oxunan: Uşağın sürüşkəndən yıxılaraq qolu sındı - Valideyn bağçanı günahlandırır - VİDEO

642290

Azyaşlı, özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb.

Bizim.Media xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb.

Görüntülər Sumqayıtda fəaliyyət göstərən Laləli körpələr evi uşaq bağçasındandır.

Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edir ki, azyaşlı övladı oktyabrın 9-da saat 17:04 radələrində "Laləli" körpələr evi-uşaq bağçasında tərbiyəçinin diqqətsizliyi və nəzarətsizliyi səbəbindən sürüşkəndən yıxılaraq xəsarət alıb.
 

Valideynin sözlərinə görə, hadisə nəticəsində uşağın sol qolu iki yerdən sınıb. O, övladına ilkin tibbi yardım göstərilmədiyini, təcili tibbi yardıma müraciət olunmadığını və hadisə barədə ailəsinə məlumat verilmədiyini iddia edir.


Bağçadan isə bildirilir ki, hadisə baş verən kimi valideynə məlumat verilib. Uşağın atası uzaqda olduğunu və övladını bibisinin götürəcəyini deyib.  

Azyaşlının atası məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. Qarşılıqlı iddialarına hüquqi qiymət verilməsi və hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi aidiyyəti qurumların araşdırmasından sonra mümkün olacaq.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin