Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

642220

Gecələr, xüsusilə pis işıqlandırılmış və ya tam qaranlıq ərazilərdə avtobilin orijinal faraları bəzən kifayət etmir. Ətrafımızdan parlaq ağ işıq saçan faralarla avtomobil keçəndə eynisini öz avtomobilimiz üçün də istəyə bilərik.

Amma tələsməyək, çünki qanunla qadağandır.

LED lampalar deyilən bu işıqlandırma öz yolunu işıqlandırsa da yolun ümumi  görünüşü əslində pisləşdirir və qarşıdan gələn sürücüyə də çətinlik yaradır.

Bunun səbəbi ondadır ki, halogen fənərin reflektoru məhz standart lampa üçün nəzərdə tutulub və işığı yolun lazımi hissəsinə yönəldir. LED-lər işığı fərqli şəkildə yayır, buna görə də mövcud optik sistem işıq selini düzgün paylamaya bilər. İşığın bir hissəsi yola düşmür və ya qarşıdan gələn sürücülərin gözünü qamaşdırır.
 

Zavod istehsalı olan LED işıqlandırma sistemləri bu xüsusiyyətlər nəzərə alınmaqla hazırlanır; bütün fənər bloku məhz LED-lər üçün yaradılır və bütün komponentlər bir-biri ilə uyğunlaşdırılır. Lakin sonradan dəyişdirilmə eyni nəticəni təmin etmir.


LED işıqlı maşınlar tez-tez yol polisi əməkdaşlarının diqqətini cəlb edir; digər yol istifadəçilərinə bu cür maneə yaratmaq avtomobilin istismarının qadağan edilməsi üçün əsas verir.

Qanuna görə, avtomobil üzərində istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan hər hansı bir dəyişiklik gələcəkdə ağır nəticəli yol-nəqliyyat hadisəsinin baş veməsinə real zəmin yaratmış olur. "Yol hərəkəti haqqında" Qanunun 1 saylı əlvəsinin III-cü bəndinin tələblərinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasına uyğun olmadıqda onun istismarı məqsədəmüvafiq deyil.

İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi normativ tələbləri pozmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə 150 manat cərimə nəzərdə tutur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin