“Real”ın hücumçusu Vinisius Juniorun diskvalifikasiya müddəti bəlli olub.
Bizim.Media xəbər verir ki, "Deportive" nəşrinin məlumatına görə, braziliyalı futbolçu İspaniya çempionatında növbəti 4 matçda komandasına kömək edə bilməyəcək. Vinisius “Sevilya”, “Barselona”, “Rasinq” və “Valensiya” ilə oyunları buraxacaq.
Onun La Liqada meydana qayıdacağı növbəti matç noyabrın 23-də “Selta”ya qarşı görüş ola bilər.
Qeyd edək ki, diskvalifikasiya yalnız La Liqa oyunlarına şamil olunur. Buna görə də “Real” Çempionlar Liqasında Vinisiusun xidmətindən yararlana biləcək.
Xatırladaq ki, Vinisius Junior La Liqanın 8-ci turunda “Vilyarreal”ı 1:0 hesabı ilə məğlub etdikləri matçda qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.
Bizim.Media



































































































