Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Hazırda oxunan: Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

642317

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, hadisə kollecin həyətində baş verib.

Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyib və onlar arasında mübahisə yaranıb.

Mübahisə zamanı Elvin Mirkamilə onunla zarafat etməsini irad tutub. Mirkamil isə ona "Kişi deyilsən?" sualını verib. Nəticədə mübahisə böyüyüb və Elvin Mirkamilə şillə vurub. Şillədən əsəbiləşən Mirkamil Elvinə yumruq zərbələri endirməyə başlayıb. Hadisə nəticəsində Elvin yıxılıb və başı betona dəyib.

O, ağır xəsarət alaraq komaya düşüb, xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Mirkamil Mirislamov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə M.Mirislamov 3 il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı şərti hesab edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin