“Arsenal” kütləvi ixtisarlar edə bilər

Hazırda oxunan: “Arsenal” kütləvi ixtisarlar edə bilər

642309

“Arsenal” klubu müxtəlif şöbələrdə çalışan 60 əməkdaşını ixtisar etməyi nəzərdən keçirir.

Bizim.Media xəbər verir ki, “The Athletic”in məlumatına görə, məsələ ilə bağlı məsləhətləşmələr davam edir və yekun qərar hələ verilməyib.
 

İxtisarların məşqçilər korpusuna, kişi və qadın komandalarının hazırlıq heyətinə, təhlükəsizlik xidmətinə, ictimai layihələrə və “Arsenal Foundation” fonduna aid olmayacağı bildirilir.


Qeyd edək ki, London klubu 2024/2025 mövsümündə 691 milyon funt sterlinq gəlir əldə etsə də, maliyyə ilini 1,4 milyon funt sterlinq zərərlə başa vurub. Klubun 2025/2026 mövsümü üzrə maliyyə göstəriciləri hələ açıqlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin