Havvaxanım Rüstəmovaya HÖKM OXUNDU

Hazırda oxunan: Havvaxanım Rüstəmovaya HÖKM OXUNDU

636923

"Moon Kids" uşaq bağçasının dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
 
Bizim.Media “Apa.az”a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Fuad Musayev çıxış edib.

O, Havvaxanım Rüstəmovanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs edilməsini təklif edib.
 

Təqsirləndirilən şəxsin vəkili çıxışında müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib. Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi mülki iddianın tam təmin olunmasını xahiş edib.


Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Havvaxanım Rüstəmova 3 il müəyyən vəzifə hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzası 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin