ABŞ hərbçiləri İranın zərbələrindən sonra Küveyt və Səudiyyə Ərəbistanında yerləşən Amerika bazalarında yaranmış dağıntıların görüntülərini paylaşıblar.
Bizim.Media xəbər verir ki, sözügedən fotoları "CBS News" telekanalı tərəfindən yayımlanıb.
Məlumatda hərbi bazalara böyük zərər dəydiyi bildirilib:
"Bu barədə Amerika cəmiyyətinə məlumat verilməyib. Biz sadəcə gözlərimizi yumaraq üzümüzə dəyən zərbələri qəbul edirik", - deyə telekanal xidmət ərazisində olan hərbçilərdən birindən sitat gətirib.
Səudiyyə Ərəbistanında yerləşən "Şahzadə Sultan" aviabazasında çəkilmiş şəkildə mərmi zərbəsindən sonra quyruq hissəsi gövdədən ayrılmış "Boeing E-3 Sentry" təyyarəsi əks olunub.
Küveytin "Kemp-Bürinq" bazasından əldə edilən kadrlarda isə xarabazara çevrilmiş binalar və nəqliyyat vasitələri yer alıb.

Bizim.Media

- A-
- A
- A+
Region
11:16 / 16.09.2026
İran ABŞ bazalarını belə darmadağın edib - Foto
Hazırda oxunan: İran ABŞ bazalarını belə darmadağın edib - Foto
Hazırda oxunan: İran ABŞ bazalarını belə darmadağın edib - Foto
636920
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































