Samir Aşurov yenidən məhkəmə qarşısına ÇIXARILIR

Hazırda oxunan: Samir Aşurov yenidən məhkəmə qarşısına ÇIXARILIR

636900

Xuliqanlıq niyyəti ilə adam bıçaqlamaqda ittiham olunan Samir Aşurov yenidən məhkəmə qarşısında çıxarılır.

Bizim.Media xəbər verir ki, onun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Şikayət Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Aşurov 6 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. 

Qeyd edək ki, S.Aşurov 2021-ci ildə Almaniyadan deportasiya edilib. İttihama görə, S.Aşurov həmin ilin dekabrında Nizami rayonu ərazisində aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki şəhər sakini Elşən Nəbiyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Zərərçəkmiş şəxsin həyatını xilas etmək mümkün olub.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin