Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.
Bildirilir ki, Giorgi Zakaraşvilinin Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və diplomatik nümayəndəliklərində çoxillik iş təcrübəsi var.
"2021-ci ildən bu günədək o, Gürcüstanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri və GUAM-da daimi nümayəndəsi olub.
Müxtəlif vaxtlarda Giorgi Zakaraşvili, həmçinin XİN-in Siyasi Departamentinin direktoru və Mərkəzi Asiya ölkələri ilə əlaqələr şöbəsinin müdiri vəzifələrini tutub.
Giorgi Zakaraşviliyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib", – deyə məlumatda qeyd olunur. (Mənbə: interpressnews.ge)
Bizim.Media



































































































