Hakan Fidan Bakıda TÜRKPA Baş katibi ilə görüşdü - FOTO

Hazırda oxunan: Hakan Fidan Bakıda TÜRKPA Baş katibi ilə görüşdü - FOTO

636898

Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycana rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsəni qəbul edib.

Bizim.Media xəbər verir ki, görüş zamanı TÜRKPA Baş katibi Assambleyanın son bir il ərzində həyata keçirdiyi fəaliyyət, qarşıdan gələn Plenar iclasa hazırlıq, ortaq parlament strategiyasının işlənib hazırlanması müzakirə edilib.
 

Həmçinin Türk Dövlətləri Təşkilatı ilə ortaq hədəflər istiqamətində səmərəli əməkdaşlığın gücləndirilməsi, eləcə də üzv dövlətlərin xarici işlər nazirlikləri ilə mütəmadi təmasların faydası və əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, bu istiqamətdə səmərəli əməkdaşlığın davam etdirilməsindən məmnunluğunu ifadə edib.


Hakan Fidan Türkiyə Xarici İşlər Nazirliyi olaraq bundan sonra da Ramil Həsənin rəhbərlik etdiyi TÜRKPA-nın fəaliyyətinə hərtərəfli dəstək verəcəyini ifadə edib.

Görüşdə TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali iştirak edib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin