38,7 min manatlıq vergi borcu – ölkədən çıxışa məhdudiyyət qoyuldu

Hazırda oxunan: 38,7 min manatlıq vergi borcu – ölkədən çıxışa məhdudiyyət qoyuldu

636906

Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri, 2015-ci ilin payızında korrupsiya ittihamları ilə həbs edilmiş Vidadi Zeynalovun oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Bizim.Media xəbər verir ki, müstəqil “Fərid-R” çoxsahəli istehsalat firmasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ümumilikdə 38 765.99 manat vergi borcu yaranıb.
 

Borc şirkətin qanuni təmsilçisi Zeynal Vidadi oğlu Zeynallı tərəfindən ödənilmədiyi üçün Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib.


Məhkəmənin qərarı ilə 1994-cü il təvəllüdlü Zeynal Zeynallının ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb.

Qeyd edək ki, “Fərid-R” firmasının adı 2016-2017-ci illərdə ictimaiyyət arasında böyük rezonans doğuran cinayət işində – keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri, o cümlədən nazirliyin aparat rəhbəri olmuş Vidadi Zeynalovun istintaq materiallarda tender qalibi və podratçı qismində çıxış edən müəssisələrdən biri kimi keçib. (Mənbə:Qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin