50 yaşlı kişinin ona qarşı cinsi zorakılığa cəhd etdiyi zaman həmin şəxsi öldürdüyünü bildirən yetkinlik yaşına çatmayan şəxs azadlığa buraxılıb.
Bizim.Media “marneuliNews.ge”yə istinadla xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
Yeni əldə olunan ekspertiza rəyləri və digər sübutlar əsasında 15 yaşlı şəxsin ittihamı qəsdən adamöldürmədən — zəruri müdafiə həddini aşmaqla adamöldürməyə dəyişdirilib.
Hadisə iyunun 5-də Rustavidə baş verib. Ailə üzvlərinin iddiasına görə, 50 yaşlı kişi yeniyetməyə qarşı cinsi zorakılığa cəhd edib və o, özünü müdafiə etmək üçün bıçaqdan istifadə edib. Prokurorluq həmçinin yeniyetmənin həbs qətimkan tədbirinin daha yüngül tədbirlə əvəz olunması üçün məhkəməyə müraciət edəcək.
Bizim.Media

- A-
- A
- A+
Region
21:20 / 15.09.2026
50 yaşlı Azərbaycan vətəndaşını öldürən şəxs azadlığa BURAXILDI
Hazırda oxunan: 50 yaşlı Azərbaycan vətəndaşını öldürən şəxs azadlığa BURAXILDI
Hazırda oxunan: 50 yaşlı Azərbaycan vətəndaşını öldürən şəxs azadlığa BURAXILDI
636847
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































