Azərbaycanla İsveçrə arasında protokol imzalandı – FOTO

Hazırda oxunan: Azərbaycanla İsveçrə arasında protokol imzalandı – FOTO

636828

Azərbaycan Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası keçirilib.

Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
 

Birgə Komissiyanın həmsədrləri nazir Mikayıl Cabbarov və İsveçrənin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Andrea Rauber Saxerdir. Onların iştirak etdiyi iclasda Azərbaycan–İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlər, həmçinin ticarət və investisiya əlaqələrinin mövcud vəziyyəti nəzərdən keçirilib.


İsveçrə ilə tərəfdaşlığın ikitərəfli formatda və beynəlxalq maliyyə qurumları çərçivəsində genişləndirilməsi məsələləri müzakirə olunub.

Sənaye, enerji, rəqəmsal iqtisadiyyat, innovasiya, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın yeni perspektivləri diqqətə çatdırılıb. Azərbaycanın əlverişli investisiya mühiti, strateji nəqliyyat bağlantıları, yaşıl enerji potensialı və rəqəmsal transformasiya istiqamətində həyata keçirilən tədbirlərin xarici tərəfdaşlar üçün yaratdığı imkanlar vurğulanıb.

Ölkəmizdə, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında biznesin inkişafı üçün tətbiq olunan dövlət dəstəyi mexanizmləri diqqətə çatdırlıb.

İclasın yekununda Protokol imzalanıb.














































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin