Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlıya HÖKM OXUNDU

Hazırda oxunan: Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlıya HÖKM OXUNDU

636797

Ölkə xaricində qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Fuad Rəfibəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Fuad Rəfibəyli 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən Fuad Rəfibəyli 2023-cü ildə Rusiyaya gedib, bir müddət sonra Rusiya-Ukrayna müharibəsində iştirak üçün ərazi üzrə hərbi komissarlığa müraciət edib və ordu sıralarına qoşulub.

Bir müddət sonra Ukrayna hərbçiləri tərəfindən əsir götürülüb, 21 ay sonra Azərbaycana ekstradisiya edilib.

Təqsirləndirilən Fuad Rəfibəyli Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi üzrə ittiham edilib./Apa.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin