İranda sərnişin təyyarəsi havada parçalanmağa başladı – VİDEO

Hazırda oxunan: İranda sərnişin təyyarəsi havada parçalanmağa başladı – VİDEO

636843

İranın "Boeing 737" sərnişin təyyarəsinin uçuşdan dərhal sonra şassi örtüyü havada parçalanmağa başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər “Shot” teleqram kanalında yayılıb.

Hadisə "Sepehran" aviaşirkətinə məxsus hava gəmisinin Məşhəddən Kirmanşaha uçarkən baş verib. Belə ki, təyyarə havaya qalxdıqdan dərhal sonra təkərlərdən birinin örtüyü qopub və pilot mühərriklə bağlı fövqəladə vəziyyət elan edib.

Həmin anda salonda güclü silkələnmə başlayıb, nəticədə baqaj rəfləri sınıb, sərnişinlərin əşyaları isə onların üzərinə tökülüb.
 

Təyyarənin pilotu geri qayıtmaq qərarına gəlib. Təyyarə geriyə dönərək Məşhəd hava limanında qəza enişi həyata keçirib. Dəhşətli anlara yaşayan sərnişinlər arasında xəsarət alanlar olmayıb.


Kanalında məlumatında qeyd olunub ki, bu, son zamanlar Məşhəddə "Sepehran" aviaşirkətinə məxsus təyyarə ilə bağlı baş verən ilk insident deyil. Avqustun sonlarında şirkətin digər bir təyyarəsi eniş edərkən uçuş-enmə zolağından kənara çıxmış, həmin vaxt da xəsarət alan olmamışdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin