Bu əlamətlər sizdə varsa həkimə gedin - TƏBİB

Hazırda oxunan: Bu əlamətlər sizdə varsa həkimə gedin - TƏBİB

636834

Limfoma zamanı boyun, qoltuqaltı və qasıq nahiyəsində ağrısız şişkinlik, səbəbsiz çəki itkisi və gecə tərləmələri müşahidə oluna bilər.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd olunub ki, limfoma orqanizmin müdafiəsində mühüm rol oynayan limfa sistemində yaranan bədxassəli xəstəlikdir.  
 

Xəstəliyin mümkün əlamətləri sırasında davamlı hərarət və halsızlıq da yer alır. Lakin bu simptomların hər zaman limfoma anlamına gəlmədiyi vurğulanıb.


TƏBİB şikayətlər davamlı olduğu halda həkimə müraciət etməyi və müayinədən keçməyi tövsiyə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin