Statistika Komitəsinin şöbə müdirləri işdən çıxarıldı

Hazırda oxunan: Statistika Komitəsinin şöbə müdirləri işdən çıxarıldı

636769

Dövlət Statistika Komitəsinin üç şöbə müdiri vəzifəsindən azad olunub.

Bizim.Media “unikal.az”a istinadən xəbər verir ki, bu barədə komitə sədri Azər Mursaqulov müvafiq əmrlər imzalayıb.

Struktur dəyişiklikləri ilə əlaqədar Xidmət statistikası şöbəsinin müdiri Sevinc Fəttahova, Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə və Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri Səxavət Məmmədov tutduqları vəzifələrdən azad ediliblər.

Komitədən məlumatı təsdiqləyiblər. Bildirilib ki, Dövlət Statistika Komitəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla strukturun təkmilləşdirilməsi istiqamətində dəyişikliklər həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin