Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub.
Bizim.Media Ölkə.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları bir müddət əvvəl rayonda anti-korrupsiya əməliyyatı keçiriblər.
Nəticədə İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Adil oğlu Mirzəyev və baş məsləhətçi Yaşar Həsənağa oğlu Eyvazov həbs olunublar.
Məlumata görə, onlar qanunsuz torpaq satışında şübhəli bilinirlər. E.Mirzəyev və Y.Eyvazova qarşı vəzifədən sui-istifadə və korrupsiya ittihamları irəli sürülüb.
Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi istintaq olunur. Fakt Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq edilib.
Faktla bağlı araşdırmalar davam edir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:39 / 15.09.2026
Yardımlı Rayon İcra Hakimiyyətində ƏMƏLİYYAT- Saxlanılanlar var
Hazırda oxunan: Yardımlı Rayon İcra Hakimiyyətində ƏMƏLİYYAT- Saxlanılanlar var
Hazırda oxunan: Yardımlı Rayon İcra Hakimiyyətində ƏMƏLİYYAT- Saxlanılanlar var
636809
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































