Şorsuludan hərbi təhsilə gedən qız: Nazlının uşaqlıq arzusu gerçəkləşdi - VİDEO

Hazırda oxunan: Şorsuludan hərbi təhsilə gedən qız: Nazlının uşaqlıq arzusu gerçəkləşdi - VİDEO

636768

Salyan rayonunun Şorsulu kəndindən olan Nazlı Amil qızı Eyvazlı Heydər Əliyev adına Hərbi İnstitutun tələbəsi adını qazanıb.

Bizim.Media xəbər verir ki, hələ uşaqlıq illərindən hərbçi olmağı arzulayan Nazlı məqsədinə çatmaq üçün səylə çalışıb.

Qəbul imtahanlarında 348 bal toplayan məzun hərbi təhsil almaq hüququ əldə edib.

Nazlının bu seçimində ailəsinin dəstəyi mühüm rol oynayıb. Ailəsi onun uşaqlıqdan formalaşan hərbçi olmaq arzusunu dəstəkləyib və təhsil yolunda ona daim yardımçı olub.

Şorsulu kəndindən olan gənc qızın hərbi sahəni seçməsi kənd sakinləri və yaxınları tərəfindən də böyük sevinc və qürur hissi ilə qarşılanıb.

Nazlı Eyvazlı qarşıdakı illərdə Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alacaq. Onun əsas məqsədi hərbi biliklərə yiyələnərək gələcəkdə Vətənə layiqli xidmət etməkdir.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin