Qonşu ölkədə 70 mərtəbəli bina – Kvadratmetri fantastik qiymətə satışa çıxarılır

Hazırda oxunan: Qonşu ölkədə 70 mərtəbəli bina – Kvadratmetri fantastik qiymətə satışa çıxarılır

636795

ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp gələn həftə Tiflisə səfər edəcək.

Bizim.Media xəbər verir ki, o, Gürcüstanda inşa olunacaq “Trump Tower Tiflis” layihəsinin rəsmi təqdimatında iştirak edəcək.

“The Trump Organization”ın icraçı vitse-prezidenti olan Erik Trampın təqdim edəcəyi bina keçmiş ippodromun ərazisində yaradılacaq “The Downtown Tiflis” kompleksinin əsas tikilisi olacaq.

Ümumilikdə altı göydələndən ibarət kompleksə təxminən 2 milyard dollar investisiya qoyulması nəzərdə tutulur. “Trump Tower”in hündürlüyü təxminən 259 metr, mərtəbələrinin sayı isə 70-ə qədər olacaq.
 

Təkcə “Trump Tower”in tikintisinə birbaşa xərclərin 200 milyon dolları ötəcəyi bildirilir. Mənzillərin ilkin satış qiymətlərinin bir kvadratmetr üçün 7–10 min dollar, yuxarı mərtəbələrdə isə 15 min dollara qədər olacağı gözlənilir.


“The Trump Organization” tikintiyə birbaşa vəsait yatırmır. Şirkət gürcü developer şirkətlərindən “Trump” brendindən istifadə hüququna görə ilkin ödəniş, həmçinin satışlardan və gələcək gəlirlərdən faiz əldə edəcək.

Layihənin potensial alıcıları arasında imkanlı əcnəbilər, ekspatlar və diplomatlar göstərilir. Bildirilir ki, ilk müraciətlər artıq Dubaydan daxil olub. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin