Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bizim.Media Ayaz Əsgərovun dosyesini təqdim edir:
O, 1964-cü ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. 1989-cu ildə Moskva Ət və Süd məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib.
2006–2011-ci illərdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, 2011–2016-cı illərdə isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. O, 2016-cı ildən bəri Yardımlı Rayon İcra Hakimiyyətinə rəhbərlik edirdi.
Qeyd edək ki, Ayaz Əsgərovun qardaşı Arif Əsgərov uzun illər yüksək vəzifələrdə çalışıb. Arif Əsgərov 2004-2009-cu illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin, 2009-2015-ci illərdə isə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri olub. O, 2015-2017-ci illərdə nəqliyyat nazirinin müavini vəzifəsini tutub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:19 / 15.09.2026
Vəzifəsindən azad edilən icra başçısı sabiq nazir müavininin qardaşıdır – DOSYE
Hazırda oxunan: Vəzifəsindən azad edilən icra başçısı sabiq nazir müavininin qardaşıdır – DOSYE
Hazırda oxunan: Vəzifəsindən azad edilən icra başçısı sabiq nazir müavininin qardaşıdır – DOSYE
636778
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































