“Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ-ın etibarlı tərəfdaşıdır”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "NewsMax"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Bakı və İrəvan arasında sülhə nail olmaq istiqamətindəki səyləri Cənubi Qafqazın strateji mənzərəsini dəyişdirib və Azərbaycanla ABŞ arasındakı münasibətlərdə yeni dövr açıb.
H.Hacıyev bildirib ki, Prezident Tramp və onun bu vəzifəyə gəlişi ABŞ və Azərbaycanın əməkdaşlığını və tərəfdaşlığını tamamilə dəyişib.
"Prezident Donald Tramp və Prezident İlham Əliyev Birləşmiş Ştatlar və Azərbaycan arasında strateji tərəfdaşlıqda yeni dövr təklif ediblər və ölkələr arasında strateji tərəfdaşlığa dair yeni memorandumun hazırlanması barədə razılığa gəliblər", - H.Hacıyev bildirib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
10:39 / 15.09.2026
Hikmət Hacıyev: “Azərbaycan Cənubi Qafqazda ABŞ-ın etibarlı tərəfdaşıdır”
Hazırda oxunan: Hikmət Hacıyev: “Azərbaycan Cənubi Qafqazda ABŞ-ın etibarlı tərəfdaşıdır”
Hazırda oxunan: Hikmət Hacıyev: “Azərbaycan Cənubi Qafqazda ABŞ-ın etibarlı tərəfdaşıdır”
636695
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































