Batan gəminin kapitanının cəsədi 13 gün sonra TAPILDI

Hazırda oxunan: Batan gəminin kapitanının cəsədi 13 gün sonra TAPILDI

636741

Sentyabrın 2-də Mərmərə dənizinin İstanbulun Silivri rayonunun sahillərinə yaxın ərazisində batan “Tuğberk İmamoğlu” gəmisinin kapitanının cəsədi tapılıb.

Bizim.Media xəbər verir ki, dünən yerli vaxtla saat 13:15-də Silivri sahillərində suda meyit aşkarlanıb.

Meyit aidiyyəti qruplar tərəfindən Silivri limanına gətirilib. Aparılan tibb ekspertiza nəticəsində cəsədin “Tuğberk İmamoğlu” gəmisinin kapitanı Yaşar Kayhana aid olduğu müəyyən edilib.

Xatırladaq ki, sentyabrın 2-də Mərmərə dənizinin İstanbulun Silivri rayonu sahillərinə yaxın ərazisində “Alsu” və “Tuğberk İmamoğlu” adlı 2 yük gəmisi toqquşub. Hadisə nəticəsində “Tuğberk İmamoğlu” gəmisi batıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin