İspaniyanın Teruel vilayətindəki La-Teheriya dayanacağında aparılan qazıntılar zamanı təxminən 150 milyon il əvvəl yaşamış məşhur uzunboyunlu diplomodok dinozavrının (lat. diplodocus - Yer kürəsində Yura dövründə (təxminən 150 milyon il əvvəl) yaşamış ən məşhur və nəhəng otjeyən dinozavr növlərindən biridir) əla qorunub saxlanılmış sümükləri aşkar edilib.
Bizim.Media xəbər verir ki, bu barədə "The Independent" nəşri yazıb.
İndiyə qədər yalnız ABŞ-da (Morrisonda) tapılan bu növün Avropada ilk dəfə üzə çıxması alimləri təəccübləndirib.
Tədqiqatçılar hesab edirlər ki, gec yura dövründə protolatlantik okean sularının çəkilməsi nəticəsində yaranan müvəqqəti quru "körpülər" sayəsində dinozavrlar Şimali Amerika və Avropa arasında sərbəst hərəkət edə biliblər.
Uzunluğu təqribən 25 metr olan tapıntı indi Teruel şəhərindəki Araqon Paleontologiya Muzeyində sərgilənir.
Bizim.Media
































































































