Avstraliyada 8 və 11 yaşlı uşaqlar oteli qarət etdilər

Hazırda oxunan: Avstraliyada 8 və 11 yaşlı uşaqlar oteli qarət etdilər

636848

Avstraliya polisi 11 yaşlı yeniyetməyə qarşı restoran və oteli qarət etmək ittihamı irəli sürüb. 

Bizim.Media xəbər verir ki, “ABC News”un yaydığı məlumata görə, onunla birlikdə iş üzrə səkkiz yaşlı cinayət ortağının da olduğu qeyd edilir. 
 

Polisin məlumatına görə, günorta saatlarında üzlərinə maska taxmış oğlanlar restorana daxil olublar. Onlardan birinin bıçaq çıxararaq əməkdaşdan kassadakı pulları tələb etdiyi iddia olunur.


Bundan sonra uşaqlar, ehtimal ki, yaxınlıqdakı otelə yollanıblar və orada da işçini bıçaqla hədələyərək qeydiyyat masasında axtarış aparmağa cəhd göstəriblər.

Onların hərəkətləri şəhərin videomüşahidə kameralarının operatorları tərəfindən izlənilib. Tezliklə hər iki uşaq saxlanılıb. 11 yaşlı məktəbli nəzarətə götürülüb və soyğunçuluqda ittiham olunub. Səkkiz yaşlı uşaq isə evinə aparılaraq valideynlərinin nəzarətinə verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin