İran hədələdi: “Bütün regionu daş dövrünə qaytaracağıq”

Hazırda oxunan: İran hədələdi: “Bütün regionu daş dövrünə qaytaracağıq”

628753

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai ABŞ və İsrailə sərt xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Rezainin sözlərinə görə, bəzi qüvvələr bazarların iki gün bağlı olmasından istifadə edərək İrana sürətli və dağıdıcı zərbə endirib Tehranı təslim olmağa məcbur edə biləcəklərini düşünürlər.
 

"Bu, Netanyahu tərəfindən Trampa təlqin edilən xülyadır. Əgər İrana hücum edilərsə, biz bütün regionu və onun infrastrukturunu daş dövrünə qaytaracağıq. Ağılsız addım atmamaq sizin öz xeyrinizədir", – deyə iranlı deputat bildirib.


Bəyanat ABŞ və İsrailin İrana qarşı mümkün hərbi addımları ilə bağlı yayılan xəbərlər fonunda səsləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin