Əraqçi Kallasla danışarkən: “Xəzərdəki gəmi hücumuna reaksiya verin!”

Hazırda oxunan: Əraqçi Kallasla danışarkən: “Xəzərdəki gəmi hücumuna reaksiya verin!”

628462

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ittifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ilə telefon danışığı zamanı Ukrayna tərəfindən Xəzər dənizində İran gəmisinə endirilən zərbəni pisləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Yaxın Şərq mediası məlumat yayıb.
 

İran XİN-nin danışığın yekunlarına dair bəyanatında qeyd olunub ki, Əraqçi BMT Təhlükəsizlik Şurasını, Aİ-ni və dünya ictimaiyyətini bu hadisəyə qətiyyətli reaksiya verməyə çağırıb və İran gəmisinə edilən hücumda əli olanların məsuliyyətə cəlb edilməsinin vacibliyini bəyan edib.


Bundan əlavə, Ərakçi və Kallas Hörmüz boğazı ilə bağlı mövcud problemlərin həllinə yönəlmiş diplomatik təşəbbüsləri müzakirə ediblər.

Bu arada, İran Xarici İşlər Nazirliyi gəmiyə edilən hücumu Ukraynanın İslam Respublikasına qarşı götürdüyü qeyri-rasional və düşmənçilik kursunun davamı kimi qiymətləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin