Paşinyan: Razılaşmasalar, Rusiyadan 60 milyard dollar tələb edəcəyik - VİDEO

Hazırda oxunan: Paşinyan: Razılaşmasalar, Rusiyadan 60 milyard dollar tələb edəcəyik - VİDEO

628412

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dəmir yollarının Ermənistanın mülkiyyəti olduğunu və onların idarəçiliyinin tam şəkildə rəsmi İrəvana məxsus olmağının vacibliyini bəyan edib.

Bizim.Media xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasından sonra keçirdiyi brifinqdə danışıb.

O bildirib ki, məsələni ilk növbədə danışıqlar yolu ilə həll etmək niyyətindədirlər. Lakin Rusiya güzəştə getməyəcəyi təqdirdə Ermənistan Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcək.
 

"Əgər Rusiya tərəfi razılaşmasa, məsələ Beynəlxalq Arbitraj Məhkəməsində baxıla bilər. Məsələn, 30 il ərzində heç nə tələb etmədiyimiz məsələlər ön plana çıxa bilər. İndi isə həmin məsələlərə görə ildə 2 milyard dollar tələb edəcəyik", – deyə Paşinyan bildirib.


Baş nazir əlavə edib ki, söhbət məhz Ermənistan ərazisində yerləşən dəmir yolu və digər nəqliyyat infrastrukturunun istifadəsinə görə icarə ödənişlərindən gedir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin