Türkiyədə Etimesgut bələdiyyəsinə korrupsiya əməliyyatı: Bələdiyyə sədri də saxlanıldı

Hazırda oxunan: Türkiyədə Etimesgut bələdiyyəsinə korrupsiya əməliyyatı: Bələdiyyə sədri də saxlanıldı

628312

Türkiyənin paytaxtı Ankarada müxalif CHP-nin idarə etdiyi Etimesgut Bələdiyyəsində korrupsiya iddiaları ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib.

Bizim.Media xəbər verir ki, əməliyyat çərçivəsində Etimesgut Bələdiyyəsinin sədri Erdal Beşikçioğlu da daxil olmaqla ümumilikdə 52 nəfər saxlanılıb.

Məlumata görə, istintaq çərçivəsində şübhəlilərə məxsus 56 yaşayış evi, 15 iş yeri və 41 avtomobildə axtarış və götürmə əməliyyatları davam etdirilir.
 

Qeyd edək ki, bu ilin mart ayında Ankara Qərb Prokurorluğu Sayıştayın audit yoxlamaları zamanı Etimesgut Bələdiyyəsi və ona məxsus Etimkent A.Ş. şirkətində aşkar edilən qanun pozuntuları ilə bağlı "mənimsəmə" maddəsi üzrə cinayət işi açmışdı.


Həmin vaxt keçirilən əməliyyatdan sonra Erdal Beşikçioğlu bildirmişdi ki, araşdırmaya səbəb olan müraciəti məhz bələdiyyənin özü edib və bunun siyasi motivli əməliyyat olmadığını vurğulamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin