Paşinyanın həyat yoldaşı təhdid edildiyini açıqladı

Hazırda oxunan: Paşinyanın həyat yoldaşı təhdid edildiyini açıqladı

627991

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ailədaxili zorakılıqla bağlı ictimai açıqlamalarından sonra təhdidlər aldığını bildirib.

Bizim.Media xəbər verir ki, Anna Akopyan bu barədə sosial şəbəkədə paylaşım edib.

"Ümid edirəm ki, dövlət qurumları belə bir hadisəyə imkan verməyəcək. Çünki ölkənin birinci xanımının zorakılığa məruz qalması dövlətin nüfuzuna ciddi zərbə vurar", – deyə o vurğulayıb.

Anna Akopyan son günlər ailədaxili zorakılıq problemi ilə bağlı səsləndirdiyi fikirlərin ardından müxtəlif təhdid mesajları aldığını qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin