Türkiyə Gümrüyə gedən dəmir yolu xəttinin bərpasına başladı

Hazırda oxunan: Türkiyə Gümrüyə gedən dəmir yolu xəttinin bərpasına başladı

627979

Türkiyədə Ermənistanın Gümrü şəhərinə aparan dəmir yolu xəttinin yenidən qurulmasına start verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Akyaka şəhərinin meri Erduger Toptaş məlumat verib.

Onun sözlərinə görə, bərpa işlərinin 2-3 ay ərzində başa çatdırılması planlaşdırılır. Artıq Akyakadan Gümrüyə qədər uzanacaq yolun, o cümlədən torpaq yolunun tikintisi ilə bağlı tender elan edilib.

Mer bildirib ki, dəmir yolu infrastrukturunun bərpası həm Türkiyə, həm də Ermənistan üçün iqtisadi fayda gətirəcək, eyni zamanda kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlıq imkanlarını genişləndirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin