TÜRKPA ABŞ Konqresindəki qanun layihəsini pislədi

Hazırda oxunan: TÜRKPA ABŞ Konqresindəki qanun layihəsini pislədi

627380

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən iyulun 22-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Azərbaycan Respublikasına qarşı bir sıra iddiaları özündə əks etdirən qanun layihəsini ilə bağlı Bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə TÜRKPA-nın rəsmi saytında məlumat dərc edilib.
 

Baş katib bu təşəbbüsün Azərbaycanla Ermənistan arasında Cənubi Qafqazda münasibətlərin normallaşdırılması və sülh quruculuğu istiqamətində fəal prosesin davam etdiyi bir dövrdə irəli sürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edib.


O bildirib ki, bu kimi mühüm və həssas məsələlərə dair qanunvericilik qərarları faktların obyektiv qiymətləndirilməsinə və beynəlxalq hüququn prinsiplərinə əsaslanmalı, ayrı-ayrı lobbi qruplarının maraqları ilə formalaşdırılmamalıdır.

“TÜRKPA qanunverici orqanları Azərbaycanla Ermənistan arasında davam edən normallaşma prosesinə mənfi təsir göstərə biləcək addımlardan çəkinməyə çağırır. TÜRKPA bir daha bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, eləcə də mehriban qonşuluq prinsiplərinə sadiqliyini təsdiq edir”, - deyə bəyanatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin